Yava
Yava (ind. Jawa, yav. ꦗꦮ, sun. ᮏᮝ) — Malayya arxipelaqında ada. Böyük Zond adaları qrupundadır. İndoneziyanın əsas iqtisadi rayonudur. Cənubdan Hind okeanı, şimaldan Yava dənizi ilə əhatələnir. Uzunluğu 1050 km, sahəsi 129438.28 km² və ya İndoneziya ərazisinin (1910931.32 km²) 6.77%-i, əhalisi 141985.6 min nəfər (1 iyun, 2013) və ya İndoneziya əhalisinin (248818.1 min nəfər; 1 iyun, 2013) 57.06%-idir. Adadakı əhalinin 55.44%-ini (75.7 milyon nəfər, 2010) yavalılar təşkil edir. İndoneziyanın I dərəcəli inzibati-ərazi vahidlərindən 6-sı bu adada yerləşir: Banten (9662.92 km²; 11452.5 min nəfər, 2013), Qərbi Yava (35377.76 km²; 45340.8 min nəfər, 2013), Mərkəzi Yava (32800.69 km²; 33264.3 min nəfər, 2013) və Şərqi Yava (47799.75 km²; 38363.2 min nəfər, 2013) əyalətləri, həmçinin Xüsusi Paytaxt Dairəsi Cakarta (664.01 km²; 9969.9 min nəfər, 2013) və Cokyakarta Xüsusi Bölgəsi (3133.15 km²; 3594.9 min nəfər, 2013).